Emin Ağalarov parti keçirdi FOTOLAR

4 Mart 2021 13:35 (UTC+04:00)

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı parti baş tutub. SİA-nın məlumatına görə, Moskvada keçirilən "Жара Music Awards" üçün Ağalarov yeni açdığı restoranını seçib.

Gecəyə Rusiya şou-biznesinin bir çox tanınmış siması qatılıb.

Qeyd edək ki, "Jara" musiqi festivalı bir neçə ildir Bakıda keçirilir. Ötən il pandemiyaya görə təxirə salınan tədbirin bu ilin yayında keçirilməsi planlaşdırılır.