Tənbəl erməni nazirləri...

4 Mart 2021 13:16 (UTC+04:00)

Bu gün Ermənistanda hökm sürən hərbi vəziyyət ölkədə heç bir şey etməmək üçün gözəl bir bəhanədir. Əslində, “bir şey” etmək deyən, işləmək nəzərdə tutulursa, bu barədə heç danışmağa dəyməz. Ölkədə bir az pulu olan təyyarəyə bilet alıb ölkədən qaçıb, pulu olmayan ermənilər isə, ümidlərin bağlayıblar tanrıya. Amma bu gedişlə onların tanrıdan gözlədikləri ümidlər də yavaş-yavaş ölməyə döğru gedir.

Nə isə, keçək mətləbə. Burada SİA yenidən erməni saytlarına istinad edəcək. Əvvəla hər şeydən əvvəl bizdə olan bir məsəli Sizə xatırlatmaq istəyirəm: “yuxarıda yeri yox, aşağını da bəyənmir”.

Beləliklə, yadınızda olmalıdır, ötən ilin dekabr ayında ermənilər ölkədə türk mallarının idxalına qadağa qoydular. Təbii ki, öz işləridir və bizim buna heç bir iradımız ola bilməz. Amma onların bu addımı, nədənsə mənə, vaxtilə SSRİ tarixinə “hərbi kommunizm” adı ilə düşmüş dövrü xatırlatdı.

Deməli, türk mallarından imtina edən ermənilər yerli istehsala keçəcəklərini və ölkə əhli üçün keyfiyyətli mallar istehsal edəcəklərini bəyan etdilər. Təqdirəlayiqdir. Erməni olanda nə olar, bu da istehsal etməlidir, yaratmalıdır, xalqı düşdüyü çətinlikdən qurtarmalıdır. Özünüz düşünün, yerli istehsal etmək üçün hər hansı bir müəssisə tikilməlidir? Tikilməlidir! Buna işçi qüvvəsi lazımdır? Lazımdır! Deməli, gör, nə qədər işsiz erməni işlə təmin olunacaq. Hələ müəssisələrin tikintisi başa çatandan sonra bu müəssisələrə nə qədər əməkçi cəlb olacaq? Yox, xaricdən işçi qüvvəsi cəlb etməyi, gəlin, sonraya saxlayaq. Hələlik, Ermənistandakı işsiz ermənilərlə kifayətlənərik.

Belə görünür ki, “Export Armenia” icmasının da işləri çoxalacaq. Olkənin İqtisadiyyat Nazirliyinə müraciət edilən təklif elə-belə təklif deyil a..., çox konstruktiv bir təklifdir. Ermənistan büdcəsinə gör, nə qədər gəlir gətirəcək. Ona görə, ölkənin İqtisadiyyat Nazirliyi də ölkə üçün böyük önəm kəsb edəcək bu işdə onun təşkilatçılarına kömək etməlidir.

Amma burada, bəzilərinə qan qaraldıcı hal kimi görünə bilən bir məsələ də nəzərə alınmalıdır. Görən, mallar istehsal ediləndən sonra(?), aylarla, hətta illərlə satılacaq(?) məhsullar üçün yerli tədarükçülərə pul ödənilməlidir? Birdən ödənilməsə, əməkdaşlığı dayandırmazlar ki? Bəs, onda dövlət nə üçündür? Təbii ki, kömək etməlidir. Üstəlik vergi siyasəti istehsalçının satdığı mal üçün pul alıb-almamasından asılı olmayaraq vergi ödəməyə borcludur. Yəni istehsalçı mallar üçün yalnız pul almır, həm də vergiləri ödəmək üçün vəsait əldə etmək məcburiyyətindədir. Vay. Vay...elə eşdikcə çıxır a....onda belə bir şəraitdə bədbəxt istehsalçı yerli istehsalı necə inkişaf etdirə biləcək?

Mən artıq burada ermənilərə, onların saytlarına istinad edərək bu fikirləri bildirirəm. Məsələn, ermənilər bu gün Ermənistandakı açınacaqlı vəziyyətin bir qismini ölkənin İqtisadiyyat Nazirliyi səlahiyyətlilərinin adı ilə bağlayırlar. Nazirlik əməkdaşlarını, elə nazirin özü də başda olmaqla onları naşılıqda, bacarıqsızlıqda ittiham edirlər. Hətta bəzi ermənilər nazirlikdə əvvəldən bir iş görməyiblər deyə, onları tənbəllikdə suçlayırlar. Amma vəsaitlə bağlı heç nə demirlər. Deyirəm, bəlkə iqtisadiyyat nazirinin pulu yoxdur, deməyə də utanır. Bəlkə elə ona görə də, ona olunan rəsmi müraciətləri həmişə müharibənin yenicə bitməsi ilə əlaqələndirir. Bəlkə o da bəzi başqa həmkarları kimi, o da gözləmə mövqeyində durub gözləyir. Ya da, Paşinyanın “ölüm, ya qalım” mücadiləsinin nə ilə sonunçlanacağına diqqət kəsilib.

...Deyəsən, ümıd yenə də Baydenə qalacaq. Axı, iqtisadiyyat Nazirliyi əməkdaşlarının çoxu Paşinyandan fərqli olaraq, ingilis dilində çox yaxşı danışır.

Ağasəf Babayev