Prezidentin hesabı ələ keçirilib Facebook səhifəsi hücuma məruz qalıb

4 Mart 2021 12:35 (UTC+04:00)

Naməlum şəxslər Qırğızıstan Prezidenti Sadır Japarovun "Facebook" səhifəsini ələ keçirərək, onun adından bir sıra şərhlər yazıblar. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Qalina Bayterek sözügedən agentliyə məlumat verib.
"Prezident Sadır Japarovun "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Təcavüzkarlar müxtəlif səhifələrin altından prezidentin adından şərhlər yazıblar. Dövlət başçısının hazırda öz "Facebook" səhifəsindən göndərilən son şərhlərlə heç bir əlaqəsi yoxdur", deyə dövlət başçısının mətbuat katibi qeyd edib.

Bayterekin sözlərinə görə, "Sadır Japarov tənqidi fikirlər də daxil olmaqla cəmiyyətdə səsləndirilən bütün fikirlərə hörmətlə yanaşır, buna görə heç vaxt bu cür açıqlamalar verilməsinə icazə verməz".
Qeyd edək ki, dövlət başçısının mətbuat katibi konkret hansı bəyanatların müzakirə olunduğunu açıqlamayıb.