Rusiyada qadınlara 8 mart münasibətilə 13-cü maaş veriləcək

4 Mart 2021 11:56 (UTC+04:00)

Bəşəriyyətin gözəl yarısını təbrik etməyin orijinal bir yolu "Rusiya Kommunistləri" tərəfindən təklif edilib. SİA xəbər verir ki, partiya nümayəndələri Dövlət Dumasına “bayram maaşı” təklifi göndəriblər.

Partiya Mərkəzi Komitəsinin sədri Maksim Suraykinin də dediyi kimi təklif belədir- 8 Mart şərəfinə işəgötürənlər qadınlara 13-cü maaş ödəməlidir. Belə bir ödəniş forması sosial dəstək tədbiri kimi qəbul edilə bilər.

"Parlament belə bir qərar qəbul edərsə, Rusiya dünyada 8 Marta görə qadınların dövlətdən sosial dəstək tədbirləri olaraq hədiyyələr aldığı ilk ölkə olacaq"- Suraykin RİA Novosti-yə bildirib.

Bənzər bir seçim kişilər üçün mümkündür: məntiqdən də göründüyü kimi Vətən Müdafiəçiləri Günü ilə əlaqələndirilə bilər.

Elçin