Balakəndə ağır qəza: ölən və yaralananlar

4 Mart 2021 11:40 (UTC+04:00)

Balakən rayonunun Kortala kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, martın 3-də saat 23:00 radələrində Balakən rayonunun Kortala kəndi ərazisində kənd sakini M.Xırxırov idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.