Şabranda yanğın

4 Mart 2021 09:57 (UTC+04:00)

Şabran rayonunun Zeyvə kəndində ümumi sahəsi 36 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.