Amerikalı sahibkar, "Tesla" və "Spacex" şirkətlərinin banisi İlon Mask "Starship" kosmik gəmisinin eniş etdikdən sonra partlamasını şərh edib.
SİA-nın məlumatına görə, İ.Mask bu barədə özünün "Twitter" səhifəsində yazıb.
İ.Mask bildirib: "Starship SN10" salamat eniş etdi!". Onun sözlərinə görə, "SpaceX" komandası çox böyük iş görür.
Xatırladaq ki, daha əvvəl "SpaceX" şirkəti Marsa missiyalar üçün nəzərdə tutulan "Starship" kosmik gəmisinin prototipini bir neçə uğursuz cəhdlərdən sonra yerə endirə bilib. Enişin uğurlu başa çatmasına baxmayaraq bir neçə dəqiqədən sonra kosmik gəmi partlayıb.