Böyük Britaniyada son sutka ərzində 315 nəfər koronavirusdan həyatını itirib

4 Mart 2021 03:41 (UTC+04:00)

Böyük Britaniyada son sutka ərzində 6385 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 194 785 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 315 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 123 611 nəfərə çatıb.