Gədəbəydə 27 yaşlı qadın özünü asmaq istədi - əri tərəfindən xilas edildi

3 Mart 2021 20:09 (UTC+04:00)

Gədəbəy rayon sakini son anda ölümdən xilas olub.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, 1994-cü il təvəllüdlü Tağıyeva Həcər Qurban qızı ata evində özünü asmaq istəyib. Hadisə rayonun Miskinli kəndində baş verib.

27 yaşlı qadını ölümdən son anda həyat yoldaşı xilas edib. Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı polisə məlumat verilib. Qadının özünü asmasının səbəbləri araşdırılır.

İlham Məmmədov