“Ordu Paşinyanın qərarına tabe olmayacaq” Vazgen Manukyan

3 Mart 2021 17:37 (UTC+04:00)

Hadisələrin gələcək inkişafı "parlamentin qapılarının arxasındakı ordudan" asılıdır və əgər Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarına gəlsə, ordu itaət etməyəcək. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri müxalif “Vətənin Xilası Hərəkatı”dan baş nazir vəzifəsinə vahid namizəd Vazgen Manukyan deyib.
“Söhbət, bir nəfərdən və onun vəzifəsindən deyil, ordunun nüfuzundan gedir. Əgər vəzifəsindən getsə, Baş Qərargah rəisi Paşinyan hakimiyyətinin ilk günlərində olduğu kimi, hərbçilər yenidən itaət etməyəcək”, deyə Manukyan qeyd edib.
Müxalifətçi əlavə edib ki, hadisələrin gələcək inkişafı "parlamentin qapılarının arxasında dayanan və səs bombası ilə silahlanmış ordudan" asılıdır. Eyni zamanda, o hakimiyyətin müxalifətə qorxu aşılamağa çalışdığına və xüsusi vasitələrdən istifadə etməyəcəyinə inanır.