Ermənistan Parlamentinin qapıları qaynaqlandı Paşinyanın gəlişindən əvvəl

3 Mart 2021 17:25 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumət saatının keçiriləcəyi parlamentə gələcək. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, baş nazirin səfərindən əvvəl işçilər Milli Məclis Parkının girişindəki dəmir qapıları qaynaqlayıblar.
Xatırladaq ki, Ermənistan parlamenti parkının qapıları 3 oktyabr 2018-ci il tarixdə Nikol Paşinyan tapşırığı ilə açılıb. O zaman baş nazir deyib ki, Milli Məclisin qapıları həmişə vətəndaşlar üçün açıq olmalıdır. Bu gün isə açıq olması tapşırılan qapılar Paşinyanın öz tapşırığı ilə nəinki bağlanır, tamamilə qaynaqlanır.
Diqqətə çatdıraq ki, Baqramyan prospektindəki parlament binasının qarşısında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə "Vətənin Xilası Hərəkatı"nın növbəti mitinqi keçirilir. Görünür, erməni baş nazir nümayişçilərin Milli Məclisə daxil olması qorxusu ilə yaşayır və bu səbəbdən də qapıların qaynaq edilməsini tapşırıb işçilərə.