“Ermənistan azad ölkələr arasında deyil” Freedom House

3 Mart 2021 16:47 (UTC+04:00)

Ermənistan qismən azad ölkələr arasındadır, yəni, azad ölkələr arasında deyil. SİA xəbər verir ki, bu barədə Freedom House, yayımladığı “Freedom in the World 2021” illik hesabatında qeyd edib.
Hesabatın nəticələrinə görə, Ermənistan 100 baldan yarısını toplayıb və qismən azad ölkələr sırasında qərarlaşıb.
Hesabatda baş nazir Nikol Paşinyanın müharibədə təslim olması, kapitulyasiyası bəzi müxaliflər arasında şiddətli bir reaksiyaya səbəb olduğu, həmçinin noyabr ayında parlamentə hücum edilərək parlamentin sədrinə xəsarət yetirildiyi də qeyd edilib.
"Bu cür pozğunluq ölkənin tərəqqisini təhdid edir", - deyə müəlliflər əlavə ediblər.

Göründüyü kimi, Ermənistanın heç də azad ölkələrdən olmadığı artıq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti tərəfindən etiraf olunur. Hətta bu işğalçı ölkədə baş verən təlatümlərin fonunda müxalifətin itaətsizliyi, eləcə də Milli Məclis spikerinə qarşı təzyiq və xəsarətlər də diqqətdən yayınmadığı özünü büruzə verir. Əlbəttə ki, nümayişçilərə qarşı polis tərəfindən şiddət tətbiq edilməsi və etirazların qarşısının alınması və etirazçılara qarşı təzyiqlər də diqqətdən kənarda qalmır və bu səbəbdən də Emənistanın azad ölkələr arasında olmaması təəccüb doğurmur.