Ədalət Damla ilə efirə çıxmamasının səbəbini açıqladı

3 Mart 2021 16:26 (UTC+04:00)

Əməkdar artist Ədalət Şükürov verilişlərin birinə müğənni Damla ilə çıxmaması xəbərinə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Heç kim deyə bilməz ki, Ədalət Şükürovla problemim var. Yaxşı olar ki, bizə hörmət etsin. Orada bizim sözümüz yerə düşdü. İncəsənət aləmində kimsə kimdənsə nəsə xahiş edirsə, baş üstə deməlidir. Bütün xanımlara hörmətim var.

Düzgün başa düşülməyib. Proqramda format belə idi ki, bir xanım müğənni çıxıb yarım saat oxuyur. Sonra mən, sonra Abbas Bağırov çıxmalı idi. Çıxdım yarım saat oxudum. Rejissora dedim ki, Abbas Kürdəmirdən gəlir, əgər çatmırsa qalım. Dedilər yox, hadisə belə baş verib".

Qeyd edək ki, "5/5" proqramında Ə.Şükürov Damla studiyaya gələndə proqramı tərk etmişdi.