Dmitri Kramarenkonun anası koronavirusdan vəfat etdi

3 Mart 2021 15:26 (UTC+04:00)

Azərbaycan millisinin və Rusiyanın MOİK klubunun qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko ağır itki ilə üzləşib.

SİA-nın məlumatına görə, 47 yaşlı mütəxəssisin anası Zemfira Kramarenko Moskvada dünyasını dəyişib.

Onun ölümünə koronavirus infeksiyası səbəb olub.