Portuqaliyalı futbolçu millimizlə matçı buraxa bilər

3 Mart 2021 14:54 (UTC+04:00)

Portuqaliya millisinin futbolçusu Rafael Gerreyru Azərbaycan yığması ilə keçirəcəkləri dünya çempionatının seçmə oyununu buraxa bilər.

SİA xəbər verir ki, "Borussiya" (Dortmund) klubunda çıxış edən 28 yaşlı müdafiəçi Almaniya Kubokunun 1/4 finalında "Borussiya" (Mönhenqladbax) komandasını 1:0 hesabı ilə məğlub etdikləri oyunda zədələnib.

5-ci dəqiqədə sol ayağından xəsarət alan oyunçunun qarşıdakı görüşlərdə iştirakı sual altına düşüb. Onun zədəsinin ciddi olduğu ehtimal edilir.

Qeyd edək ki, martın 24-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.