Gürcü alim: “Eşşəklər” Ağdam məscidində inəklər saxlayırdılar” İTTİHAM

3 Mart 2021 13:05 (UTC+04:00)

Qarabağın erməni işğalından azad olunması bu gün öz torpaqları (Abxaziya və Cənubi Osetiya-R.R.) hələ də işğal altında qalan Gürcüstan vətəndaşlarını da sevindirir, onlarda ümid işıqları yandırır. Qonşu və dost ölkənin təmsilçisi, Suxumi dövlət universitetinin tarixçisi, professor Quram Marxuliya Ağdamda səfərdə olub və Qafqaz Xirosimanının dağıdılmış, talan edilmiş yerlərinə öz gözləri ilə şahidlik edib. O, Ağdam məscidində də olub və oradan sosial şəbəkə vasitəsi ilə paylaşım gerçəkləşdirib.

Gürcü aliminin sözlərinə görə, erməni işğalçıları və qəsbkarları bu siyasətlərini xristianlıq pərdəsi altında gerçəkləşdiriblər. Hətta məsciddə heyvanların saxlanılması faktına görə erməni qəsbkarlarını təhqir etməkdən çəkinməyən Quram Marxuliya belə vəhşiliklərin xristianlar adına ləkə vurduğunu da bildirib.

Quram Marxuliya: "Əgər sən xristiansansa, bu, o demək deyil ki, digər dinlərə qarşı çıxmalı, həmin dinlərə məxsus ibadət yerlərini təhqirlərə məruz qoymalısan"

“Hazırda mən Ağdam məscidindəyəm. Bir zamanlar “eşşəklər” (erməni işğalçılarını nəzərdə tutur-R.R.) orada inəklər saxlayırdılar. Lakin bu gün Ağdam rayonunun məscidi bərpa olunur. Əgər sən xristiansansa, bu, o demək deyil ki, digər dinlərə qarşı çıxmalı, həmin dinlərə məxsus ibadət yerlərini təhqirlərə məruz qoymalısan. Ancaq buna baxmayaraq, tarixi ədalət zəfər çalıb”, deyə Quram Marxuliya qeyd edib.

Xatırladaq ki, Vətən müharibəsi dövründə sosial şəbəkələrdə xüsusi aktivlik göstərən gürcü dostlarımız bu gün də Azərbaycana öz dəstəklərini ifadə edirlər.

Rövşən RƏSULOV