3 mağazadan oğurluq edildi

3 Mart 2021 12:37 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Beyləqan şəhər sakini F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 176 manat pul və 10.460 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Mahmudlu və Füzuli rayon sakini X.Məmmədli saxlanılıblar.