Ermənistanda cərəyan edən hadisələr bu ölkənin gələcəyinə yaxşı heç nə vəd etmir - ŞƏRH ÖZƏL

3 Mart 2021 12:30 (UTC+04:00)

“Ermənistandakı mövcud vəziyyətin ən düzgün adını cənab Prezidentin jurnalistlərlə keçirdiyi mətbuat konfransında da qeyd etdiyi kimi tragikomediyadır. Yəni hakimiyyətsizlik, böhran və xaosdur”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Baş nazirlə prezidenti arasında fikir ayrılığı, müxalifətin hökumətə istefa çağırışları, baş qərargahın itaətsizliyi bu ölkənin məhvini sürətləndirir: “Müxalifətin əsas özəyi Qarabağ klanının təmsilçiləri olduğundan və ermənistanlılardan ibarət xalqı idarə edə biləcək bir şəxs tapılmadığından, xalqın Paşinyanı dəstəkləməsindən başqa əlacının olmaması, prezident Sarkisyanı və müxalif qrupları pat vəziyyətinə salıb”.

A.Badamov vurğulayıb ki, Paşinyan da xalqın dəstəyinə arxayınlaşdığından müxalifətə və prezidentə meydan oxuyur: “Hətta ikinci dəfə göndərilmiş Qasparyanın azad edilməsi müraciətini yenidən dəstəkləməzsə, prezidentin impiçment məsələsi gündəmə gətirilir. Fikirlərimi ümumiləşdirərək deyə bilərəm ki, Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır. Burada cərəyan edən hadisələr bu ölkənin gələcəyinə yaxşı heç nə vəd etmir”.