Dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri iflasa məhkumdur ŞƏRH

3 Mart 2021 12:19 (UTC+04:00)

Hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib: "İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir".

Son günlər hərbçilərin maaşlarının azaldılması iddiası ilə bağlı radikal müxalifət sosial şəbəkələrdə cəmiyyəti çaşdırmaq üçün artıq növbəti çirkin oyunu – hərbçilərin maaşlarının azaldılması ilə bağlı oldu. Belə bir "oyun oynamaq" milli dönüklərin, xəyanətkar ünsürlərin nə birinci, nə də sonuncu "oyunlarıdır". Ancaq bu gün Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə hərbiçilərin maaşlarınnı artırılması ilə bağlı əmri bu ünsürlərin bəd niyyətlərini alt-üst etdi. Çünki bu...

Milli dönüklərin, xəyanətkar ünsürlərin bəd niyyətləri həmişə iflasa məhkumdur

Deyir "qozbeli qəbir düzəldər", amma radikal müxalifət deyilən satqınlar "sülaləsi"ni 28 il ərzində qəbir də düzəldə bilməyib. Hər şeydən spekulyasiya edən dağıdıcı müxalifət əxlaqsızlıq, bəli əxlaqsızlıq edərək 44 günlük Qarabağ qələbəmizə kölgə salaraq erməniyə nökərçilik edir, qələbəmizin əhəmiyyətini azaltmağa çalışırlar. Ərazi bütövlüyümüzü bərpa etməklə dünyaya sübut etdik ki, erməni kimi çaqqalları dəmir yumruğumuzla it kimi torpaqlarımızdan qovarıq, qovduq da! Ancaq heç də həmin it kimi qovulan erməni çaqqallarından geri qalmayan, özlərini xalqa "vətənpərvər" kimi təqdim edən radikal müxalifət – AXCP-"Milli Şura" müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.

«O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır»

Azərbaycan Prezident İlham Əliyev 26 fevral 2021-ci cil tarixində yerli və xarici mətbuat nümayəndələri üçün keçirdiyi tarixi mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından kifayət qədər uğurlu oldu. Dünyada ilk dəfə 4 dildə, 4 saatdan artıq canlı olaraq beynəlxalq və yerli jurnalistlərin sualları cavablandırılıb. Suallara verilən cavabları daha çox 44 günlük müharibədən sonra regionda sülhyaratma prosesində iştirak edən 4 dövlətin yol xəritəsinin tam izahı hesab etmək olar. Həmin yol xəritəsindən kiminsə kənara çıxmasına qətiyyən yol verilməyəcəyi də açıq şəkildə ortaya qoyuldu. Həmçinin, bu konfrans Azərbaycanla bağlı həqiqətli dünyaya mesajları ilə bütün problemlərin cavablarının nidası oldu. Dövlət başçısı mətbuat konfransında qeyd etdi ki, o vaxt məlumat qıtlığı var idi: «Ermənistan öz propaqandasını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz durumda idi. Çünki o vaxt bizim dövlətçilik əsaslarımız yox idi, o vaxt Azərbaycan idarəolunmaz vəziyyətdə idi. O vaxtkı Azərbaycan indiki Ermənistanı xatırladır. Bacarıqsız yönətim, böhranlı vəziyyət, orduda nizam-intizamın olmaması... Ordu faktiki olaraq hakimiyyətin tabeliyindən çıxmışdı. Eyni mənzərəni biz bu gün Ermənistanda görürük. Bizim o vaxt imkanlarımız məhdud idi».

Bəli, bu uğursuzluğun səbəbkarı AXC-Müsavat cütlüyünün bir illik hakimiyyətinin topaqlarımızın 30 illik mənfur düşmənin əlində olması idi. Və bu gün 44 gün ərzində bu həsrətə son qoyan Ali Baş Komandanımızın «dəmir yumruq» siyasəti ilə Qələbəmizə hansı cürətlə kölgə salmaq istəyirsiniz?

Və bu satqınlar bilməlidirlər ki, Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi bilir və özünün yaxşı bildiyini də bir daha nümayiş etdirdi. Bu Qələbə azərbaycanlılar haqqında «məğlub xalq» sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Bu isə, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir. Bu reallığı heç vaxt anlamayan Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... bu kimi sosial şəbəkə virusları bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək. Və Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.

Radikalların anlamadığı dəyərlər...

Dövlətçilik və milli mənafe - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli kimilər nə anlar? Onların ancaq «bəlkə qaytardılar» xəyalları ilə yaşayıblar. Amacları mövcud hakimiyyətlə cəmiyyət arasında uçurum yaratmaq, hakimiyyətin legitim olmadığı rəyini formalaşdırmaq və bütövlükdə dövlətçiliyə, iqtidarın yeritdiyi müstəqil daxili və xarici siyasətə inamsızlıq yaratmaq olub və xarici dairələr daxildə özləri üçün «beşinci kolon» deyilən dəstəkçilər yaratsalar da, 28 il meyit olan uduzmuş kəsimlər xarici yardım hesabına ölkəni anarxiya və siyasi xaos girdabına sürükləmək əməlindən əl çəkmirlər, hətta terrora belə haqq qazandırmağa cəhd göstərirlər. Erməni ilə həmrəy olan bu boş «başlar» – AXCP-«Milli Şura», yaxud «beşinci kolon»un və xaricdəki antimilli şəbəkənin buyruq qulları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Xədicə İsmayılova, Qənimət Zahid, Leyla Yunus, Vidadi İskəndərli... kimi üzdəniraq ünsürlər hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa çalışaraq kimlərə «xidmət» etdiklərini əvvəllər də nümayiş etdiriblər, bu gün də bu çirkin əməllərindədirlər. Nəticə, necə deyərlər, «boş çanaq» məsəlində olduğu kimi. Ən maraqlısı isə, Vətəni olmayan, Avropanın küçələrindəki zibillikləri özlərinə «isti ocaq» sayan bu satqınlar ağlasığmaz, doğru olmayan, hətta söyüşlərlə dolu məntiqsiz fikirlər səsləndirirlər. Çünki onlar mənəviyyatları, əxlaqları satılmışlardır, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar istənilən anda istənilən adamı satmağa belə gedərlər. Lakin danışanda «Vətəndən», «ədalətdən», «hüquqdan», «demokratiyadan» dəm vururlar. Çünki xarici dairələrə xidmət edən xəyanətkarların anatomiyası belədir. Bu xəyanətkarlar o xəyanətkarlardır ki, hətta şəhidlərin mərasimindən də istifadə etməyi planlaşdırmışdılar. Bu günlərdə «OsmanqızıTV»-də Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Leyla Yunus, Vidadi İskəndərli çıxışlar edərək bildirirlər ki, «torpaq yolunda canlarını qurban verən şəhidlərimizi bu hakimiyyət qiymətləndirməyib. Ayağa qalxmaq, küçələrə çıxmaq...». Bu yerdə susa bilmirsən. Ay şərəfsiz, ay mənliyini itirmiş əxlaqsız, satqın nə vaxta kimi hər şeyinizi satacaqsınız? Kimə çağırışlar edirsiniz? Axı sizləri o çağırış etdiyiniz xalq çoxdandır tarixin zibilliklərinə atıblar. İstifadə olunduqdan sonra kənara atılacaqlar. Azərbaycan müstəqillik, demokratiya yolunu davam etdirərək, daha böyük uğurlar qazanacaq. Və bu gün Bayrağımız Xankəndidə, Şuşada, Laçında, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda...torpaqlarımızda dalğalanır! O bayrağa baxan xalq üçün radikal müxalifət deyilən bir «varlıq» mövcud deyil! Çünki əsl həqiqət o bayraqda və onu oraya sancan vətənpərvərlərdədir!

Dövlət başçımız, Prezident İlham Əliyevin dediyi kimi: «Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz!».

Rəfiqə HÜSEYNOVA