Bakıda avtomobil yandı

3 Mart 2021 12:09 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.