Balaca pianoçumuz beynəlxalq müsabiqənin laureatı olub

3 Mart 2021 12:50 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Amirə Əliyeva Böyük Britaniyanın London şəhərində “International Vision Evro Arts Competitions” çərçivəsində keçirilən “Kingdom Art Stars” beynəlxalq müsabiqəsində iştirak edib.

İdarədən SİA-ya bildirilib ki, Üzeyir Hacıbəylinin “Axşam oldu” əsərini ifa edən balaca pianoçu III yeri tutaraq laureat adına layiq görülüb və diplomla mükafatlandırılıb.

Münsiflər heyəti tərəfindən, həmçinin müəllimi Raminə Ağayevanın peşəkarlığı da yüksək dəyərləndirilib və diplomla təltif olunub.