“Bolqarıstan uşaqların gözü ilə” rəsm müsabiqəsinə yekun vurulub FOTOLAR

3 Mart 2021 12:35 (UTC+04:00)

Bolqarıstanın Azərbaycandakı Səfirliyi öz ölkəsinin Milli Günü münasibətilə “Bolqarıstan uşaqların gözü ilə” onlayn rəsm müsabiqəsi keçirib. SİA-nın məlumatına görə, müsabiqədə 6-10 yaş və 11-16 yaşınadək olan balaca rəssamlar iştirak ediblər.

Münsiflər heyətinin rəyinə görə, 6-10 yaşınadək uşaqların arasında Məryam Movlamlı birinci, Dəniz Quliyeva ikinci, Zəhra Əbdürəhmanlı üçüncü yeri tutub.

11-16 yaşınadək uşaqlar arasında Mədinə Həmzətova birinci, Gülxanım Əmirli ikinci, Ülkər Əliyeva üçüncü yerə layiq görülüb.

Müsabiqədə iştirak edən 40-dan çox balaca rəssama mükafatlar verilib.