“Rəssam və xalça: bu gün və sabah”

3 Mart 2021 12:07 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransa ərizə qəbulunu davam etdirir.

Muzeydən SİA-ya bildirilib ki, bu ilin payızında təşkil ediləcək konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər.

Konfransa material qəbulu üçün son tarix aprelin 30-da başa çatacaq.

Ətraflı məlumatı info.carpetmuseum@gmail.com ünvanına suallar göndərməklə əldə etmək olar.