Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb

3 Mart 2021 11:40 (UTC+04:00)

Martın 2-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,903 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.