Terrorçular 42 nəfərin həyatına son qoyub

3 Mart 2021 11:16 (UTC+04:00)

Nigeriyanın Kaduna əyalətində silahlıların hücumu nəticəsində 16 nəfər ölüb, çox sayda insan yaralanıb. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan bildirib.

Onun sözlərinə görə, naməlum silahlılar əyalətin Zanqon Kataf və Kurmin Qandu kəndlərinə hücum ediblər. Komissar deyib ki, hücum nəticəsində 10 ev və 2 motosiklet yandırılıb. Bölgə sakinləri qorxudan yaşadıqları evləri tərk ediblər. Hadisə yerinə təhlükəsizlik qüvvələr cəlb olunub. Məlumata əsasən, martın 2-də əyalətin başqa bölgələrinə silahlı hücumlar nəticəsində 7 nəfər ölüb. Fevralın 28-də isə silahlılar 19 nəfəri qətlə yetirib. Qeyd edək ki, heyvanlarını otarmaq üçün Nigeriyanın cənubuna köç edən kəndlilərə tez-tez hücumlar olur, onların mal-qarası oğurlanır.