Ronaldu rəsmi matçlarda qolların sayı üzrə Pele ilə bərabər oldu

3 Mart 2021 10:38 (UTC+04:00)

"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Krotone"yə (3:0) qarşı 25-ci turunun oyununda növbədi dəfə fərqlənib.

SİA xəbər verir ki, bu, portuqaliyalı üçün karyerası ərzində keçirdiyi rəsmi görüşlərdə 766-cı qol olub.

Beləliklə, Ronaldu bu göstərici üzrə əfsanəvi braziliyalı futbolçu Pele ilə bərabər olub. Dünya futbolunda Yozef Bikan məhsuldarlıq üzrə lider olaraq qalır. Sonuncunun aktivində 805 qol var. Siyahıda ikinci yerdə daha bir braziliyalı Romarionun adı yer alıb. O, 772 dəfə rəqib qapılarına yol tapıb.