Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir

3 Mart 2021 10:00 (UTC+04:00)

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, martın 6-na kimi davam edəcək səfər çərçivəsində general N.Raza ölkəmizdə bir sıra görüşlər keçirəcək.