Dövlət Teatr Muzeyində növbəti ustad dərsi dekor şamının hazırlanmasına həsr olunub FOTOLAR

3 Mart 2021 09:45 (UTC+04:00)

Milli-mənəvi irsimiz olan bu inancları, adətləri əsas tutaraq bu gün Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində dekor şamın hazırlanmasına həsr olunmuş növbəti ustad dərsi keçirilib.

SİA-nın məlumatına görə, muzeyə dəvət olunan qonaqlar ilk öncə muzeyin ekspozisiyası ilə tanış olublar. Muzeyin əməkdaşı Suğra Ələkbərli bu ustad dərsinin mahiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək onlara şamın yalnız adət və ənənəmizlə deyil, teatr sənəti ilə də olan bağlılığından danışıb, Şərq teatrının kökündə şamın vacib elementlərdən biri olduğunu izah edib. Sonra gənclər muzey əməkdaşları ilə birgə ustad dərslərində iştirak edərək Novruz xonçası üçün öz zövqlərinə uyğun dekor şamlar hazırlayıblar.

COVID-19 pandemiyası ilə əlaqədar ustad dərsi məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.