Dortmund “Borussiya”sı minimal hesabla qələbə ilə yarımfinala yüksəlib

3 Mart 2021 02:21 (UTC+04:00)

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Münhenqladbax “Borussiya”sı doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Dortmundlular bu görüşdən minimal hesabla qalib ayrılıblar və yarımfinala yüksəliblər.

Bu gün keçirilməli olan “Yan Regensburq” – “Verder” matçı isə koronavirusa görə təxirə salınıb.

Almaniya kuboku

1/4 final

2 fevral

Borussiya (Münhenqladbax) – Borussiya (Dortmund) 0:1

3 fevral

21:30. Essen – Holştayn

23:45. Leypsiq – Volfsburq