AXCP-“Milli Şura” Qarabağ müharibəsi əlilləri üzərindən antitəbliğata cəhd...
10 noyabr qələbə Zəfərindən sonra radikal müxalifətin təşvişi, vurnuxmaları özünü getdikcə daha qabarıq formada büruzə verir. Belə ki, yenə də AXCP sədri Əli Kərimli Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə etməklə, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışdı. Guya ki, bu kateqoriyadan olan insanlara cəmiyyətimizdə biganə münasibət var, dövlətin onlar üzərində heç bir qayğısı və diqqəti yoxdur. Ancaq sosial şəbəkə istifadəçiləri Əli Kərimlinin yalan üzərində qurulmuş "informasiya tələsini" ifşa və iflas etməklə AXCP sədrinin planlarını alt-üst etmiş oldu. Lakin hər zamankı kimi, bu dəfə də sosial şəbəkə istifadəçiləri, xüsusilə gənclər Əli Kərimliyə və onun trollarına sözlərini dedilər və antitəbliğat kampaniyasını iflasa uğratdılar. Nə yazıq ki, belə "sapı özümüzdən olan çürük balta saplarımız" da var ki, bu riyakarlıqları ilə bir daha ermənilər tərəfindən tərəfindən "bəslənildiklərini" açıq-aşkar göstərir. Və belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Bu ünsürlər unutmamalıdır ki, Azərbaycan xalqının milli birliyi, Azərbaycan Ordusunun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində azad edilən bu torpaqlar bir vaxtlar məhz onların hakimiyyət oyunlarının qurbanına çevrilmişdi.
Dövlət başçısı çıxşlarında, müraciətlərində dəfələrlə vurğulayıb ki, torpaqları satan AXC-Müsavat cütlüyü bilməlidir ki, tarixi faktları saxtalaşdırmaq olmaz: “Hər kəs bilməlidir, torpaqları satan kimdir, əsarətdən qurtaran kimdir... AXC-Müsavat cütlüyünün bu cinayətləri heç vaxt bağışlanılmayacaq və unudulmayacaq. Həmçinin, cinayətkarlar cəzasını çəkəcəklər. Şuşanın 1992-ci il mayın 8-də itirilməsi böyük faciə idi. Bu faciənin günahkarları AXC-Müsavat cütlüyüdür. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, o vaxtkı hakimiyyəti yıxmaq üçün bu təxribatı törətdi, Şuşanı faktiki olaraq düşmənə təhvil verdi. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəməsi idi, onların quyruqlarından idi. Şuşanı satan birinci o olmuşdur. Sonra da demişdi ki, mənim günahım yoxdur. Necə sənin günahın yoxdur, satqın, xain. Demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Bu günə qədər də bu gülləni çaxmayıb öz satqın başına. Şuşa və ondan bir neçə gün sonra Laçın rayonunun işğal altına düşməsi nəticəsində o vaxtkı hakimiyyət kənarlaşdırılıb və hərbi çevriliş nəticəsində AXC-Müsavat hakimiyyətə gəlib. Ondan sonra Şuşanı unudub, Şuşanı faktiki olaraq ermənilərə bağışlayıb və sonra digər xəyanət törədib - 1993-cü ilin aprel ayında Kəlbəcəri düşmənə təhvil verib. Günahsız, əliyalın insanları orada tək qoyub, xilas edə bilməyib, qoruya bilməyib. Ondan sonra da nə edib?! Fərarilik edib, qaçıb. Ali Baş Komandan fərari, dövlət katibi fərari, parlamentin sədri fərari, digər fərarilər qaçıb gizləndilər, biri Kələkidə, biri xaricdə. Əgər müharibə dövründə Ali Baş Komandan qaçırsa, bunun adı fəraridir, başqa adı yoxdur. Hamı bunu bilməlidir, heç kim bunu unutmamalıdır".
Bu gün isə, AXCP-“Milli Şura” Qarabağ müharibəsi əlilləri üzərindən antitəbliğata cəhdi, doğrudan da həyasızlıq, mənəviyyatsızlıq, əxlaqsızlıq və nəhayət cinayətkarlıqdır. Özü də adı “qazi” olan Tofiq Yaqublu kimilərin mövqeyi, ancaq və ancaq Vətənə xəyanətkarlıqdır.
Sərdar Cəlaloğlu: “Müxalifətçi olmaq haqqı danmaq demək deyil”
“Tofiq Yaqublunun mövqeyi çox ədalətsiz mövqedir. İlham Əliyev rəsmi olaraq Ali Baş Komandandır. Deyə bilərəm ki, hətta həyatını riskə ataraq Rusiya və digər bir sıra dövlətlərin maraqlarına zidd addımlar atıb. Ona görə kimsə deyə bilməz ki, vətən müharibəsində cənab Prezidentin xidməti yoxdur”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri bildirib ki, ayrı-ayrı ölkələrin jurnalistləri Azərbaycanın mövqeyi ilə bağlı hücuma keçərkən Prezident İlham Əliyevin onları neytrallaşdırması belə çox böyük iş idi: “Bu müharibənin aparılmasının əleyhinə tək Rusiya deyil, Avropa dövlətlərinin bir çoxu və ABŞ-da bu məsələnin əleyhinə idi. O qüvvələr də hamısı Ermənistanın yanında idi. Həmin qüvvələri neytrallaşdıran, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq işində məlumatlandıran da Prezident İlham Əliyev idi. Ona görə də mən Tofiq Yaqublunun bu fikrini qərəzli mövqe hesab edirəm”.
S.Cəlaloğlu vurğulayıb ki, biz nə qədər müxalifətçilik etsək də, əgər obyektiv olmasaq, onda heç kim bizim mövqeyimizin obyektivliyini qəbul etməyəcək: “Haqlının haqqını vermək lazımdır, o hətta bizim düşmənimiz olsa belə. “Müxalifətik" deyib məsələlərə bu cür yanaşsaq, bu, ədalətsizlik olar. Ona görə də mən Tofiq Yaqublunun fikirləri ilə qətiyyən razı deyiləm. Bu gün danılmaz faktdır ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində bu qələbəyə nail olduq. İlham Əliyev həm ölkənin Prezidenti, həm də Ordunun Ali Baş Komandanıdır. Ona görə də qazanılan hər bir uğuru onunla əlaqələndirməliyik. “Müxalifətçi” olmaq haqqı danmaq demək deyil. Müxalifət iqtidardan da vicdanlı olmalıdır. Yoxsa biz ağa qara, qaraya ağ desək xalq bizə heç vaxt dəstək verməz. Rəqibin haqqını vermək lazımdır”.
Və bu gün şantajçılıqla məşğul olan erməni yalaqları AXCP-“Milli Şura” düşmən çətirinin altına sığınıb öz xalqına, dövlətinə qarşı yalan və iftira atan, birbaşa düşmən qoltuğuna sığınan xəyanətkarlar bilməlidirlər ki, bu satqın və böhtançılar mütləq, amma mütləq cavab verməli olacaqlar – Özü də Azərbaycan xalqı və qanunları qarşısında!
Rəfiqə HÜSEYNOVA