Çin mediası Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb - FOTOLAR

2 Mart 2021 14:51 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. SİA xəbər verir ki, Çin KİV-ləri dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.

Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Prezident İlham Əliyevin mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər. Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim ediblər.