Naxçıvan nümayəndəliyinin rəhbəri "Huawei Technologies Azərbaycan"-ın baş direktoru ilə görüşüb - FOTOLAR

2 Mart 2021 14:40 (UTC+04:00)

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Huawei Technologies Azərbaycan" MMC-nin baş direktoru Lu Canlin və şirkətin Avrasiya və Qafqaz regionu üzrə vitse-prezidenti Ma Titanla görüşüb.

SİA xəbər verir ki, görüşdə şirkətin Naxçıvan Muxtar Respublikası ilə əlaqələri, təhsil sahəsində informasiyaların sistemləşdirilməsi, təhsil və təcrübə laboratoriyalarının yaradılması, həmçinin təhsil sistemində distant təhsil avadanlıqları və proqram təminatının optimallaşdırılması sahəsində təcrübəsi, muxtar respublika ilə sıx əməkdaşlıq imkanları və digər maraqlı məsələlər ətrafında müzakirələr aparılıb.