Rusiya-Belarus münasibətlərində "reviziya"

2 Mart 2021 14:22 (UTC+04:00)

Belarusiya Prezidenti Aleksandr Lukaşenko, Rusiyalı həmkarı Vladimir Putin ilə Soçidə aparılan danışıqlarda, sözün əsl mənasında, Minsk və Moskva arasındakı münasibətlərin bütün məsələlərinə yenidən baxıldığını və müzakirə edildiyini söyləyib. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyi Sputnik Belarus Agentliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Putin və Lukashenko Soçidə görüşüb.

"Bu görüş haqqında çox şey yazıblar. Təəssüf ki, yüzdə 70-i tamamilə cəfəngiyat və uydurmalardır. Müzakirə olunan bütün məsələləri sadalamaq belə niyyətində deyiləm. Suallar çox olub, hətta onlarla idi. Bununla yanaşı, Rusiya-Belorus münasibətlərinin bütün tərəfləri müzakirə olundu və hətta yoxlanış belə", deyə Sputnik Belarus Agentliyi çərşənbə axşamı Lukashenkonun sözlərini sitat gətirib.

Lukaşenkaya görə, onunla Putin bir sıra məsələlərin sonradan hökumət və təhlükəsizlik bloku liderləri səviyyəsində müzakirə ediləcəyinə dair bir razılığa gəliblər.

"Hər şeydən əvvəl Müdafiə Naziri, Dövlət Katibi və bu məsələləri müəyyənləşdirdik", deyə Lukaşenko əlavə edib.

Xatırladaq ki, bu iki ölkə, Rusiya və Belorus arasında da münasibətlər, yumşaq desək, bir az soyuqdur. Tərəflərin bir birini davamlı olaraq ittiham etdiyini də xatırlayırıq. Məhz bu səbəbdən itimaiyyətin, politoloqların, ələlxüsus, hər iki ölkə vətəndaşlarının diqqətinin bu iki ölkə başçısının görüşünə yönəldiyi heç kimdə şübhə doğura bilməz. Görünür elə bu səbəbdən də Lukaşenko görüş barədə fikirlərini çatdırmağı vacib hesab edib.