İsraildən ən yaxşı göz və üz mütəxəssisləri Bakıda - RƏSMİ

2 Mart 2021 14:21 (UTC+04:00)

İsraildən ən yaxşı göz və üz mütəxəssisləri Azərbaycana gəliblər! SİA xəbər verir ki, YAŞAT FONDU tərəfindən təşkil edilən bu humanitar tibbi heyət, müharibə zamanı yaralanan 150-dən çox insana müalicə və əməliyyatlar edəcək, sağlamlıqlarını bərpa edəcəklər.