SOROS FONDU: Azərbaycana “QAYIDIŞ” planının gizlinləri III YAZI + ARAŞDIRMA

2 Mart 2021 13:59 (UTC+04:00)

Əvvəli aşağıdakı linkdə:

https://sia.az/az/news/politics/856643.html

Soros Fondunun və bu fondun, eləcə də fondun tərkib hissəsində yer alan “Açıq Cəmiyyət İnstitutunun”, habelə ona bağlı bir sıra qurum və təşkilatların Azərbaycana yenidən can atması faktlarının olması kimsəyə sirr deyil. Ümumiyyətlə, sırf ermənipərəstlik maraqları kontekstində çıxış edən - antitürkçülük, ya da antiazərbaycançılıq istiqamətində fəaliyyət göstərən bu kimi qurum və təşkilatların bilavasitə ABŞ-ın demokratlar qanadına bağlı olmaları barədə də ötən iki yazımızda qeydlərimizi aparmışdıq. Lakin apardığımız araşdırmalar dərinləşdikcə üzə çıxan növbəti faktlar özündə digər sensasiyalı məqamları doğurur. Hətta zamanında Azərbaycanda fəaliyyət göstərmiş sorosçu fondlarına bağlı şəxslərin, əslində, kimlərin sifarişlərini həyata keçirdikləri də bizi düşündürməyə vadar edir. Beləliklə...

Korotçenko: “ABŞ hökuməti maliyyə təşkilatlarını “yumşaq ” qüvvə kimi istifadə edirlər...”

Beləliklə, araşdırmamızın növbəti hissəsini Azərbaycanın sadiq və etibarlı dostu, Rusiyanın tanınmış politoloqu, “Milli müdafiə” jurnalının baş redaktoru İgor Korotçenkonun ABŞ yardım institutları haqqında dedikləri fikirləri ilə başlamaq istərdik: “ABŞ hökuməti maliyyə təşkilatlarını “yumşaq ” qüvvə kimi istifadə edirlər...”

Belə qurumlar siyahısına şübhəsiz ki, ABŞ inkişaf Agentliyi (USAİD) də daxildir.

Co Bayden türkləri “faşist” adlandıran ermənipərəst Samanta Poueri ABŞ İnkişaf Agentliyinin (USAİD) rəhbəri kimi görmək istəyir – bəs bu xanım kimdir?

Və məhz bu kontekstdə son dərəcə narahatedici və diqqət çəkən daha bir faktı da nəzərə çatdırmaq yerinə düşərdi. Misal üçün, Co Bayden ABŞ İnkişaf Agentliyinin rəhbəri kimi xanım Samanta Pouerin namizədliyini irəli sürüb. Adıçəkilən xanımın tərcümeyi-halına baxanda məlum olur ki, məhz Corc Sorosa məxsus Açıq Cəmiyyət İnstitutunun maliyyəşdirdiyi səfərlər hesabına bu xanım anidən “tanınmış jurnalistə” çevrilir.

https://www.politico.com/blogs/media/2013/06/samantha-powers-history-in-journalism-165456

Və nəhayət, bütün fəaliyyəti dövründə Samanta Pouer mütəmadi qaydada qondarma “erməni genosidi” məsələlərini dəstəkləyib. Bu məqamları ehtiva edən faktları isə aşağıdakı linkdə oxuya bilərsiniz:

https://www.nytimes.com/2019/10/29/opinion/turkey-armenian-genocide-congress.html

Lakin o, bununla da kifayətlənməyib və sosial şəbəkələrdə də erməni lobbisinin xidmətində dayanıb və fakt olaraq onun tvitterdəki paylaşımlarını da diqqətinizə çatdırır, eyni zamanda, 17 aprel 2006-cı ildə efirə çıxan “erməni soyqırımı” sənədli filmindəki çıxışını da təqdim edirik. Qərəzli və açıq şəkildə milli, irqi baxışları ortaya çıxaran filmin 41-42-ci və 44-45-ci, 53-cü dəqiqələrində çıxış edən Pouer türkləri alman faşistlərinə bənzədir və digər sərsəm fikirlərini səsləndirir.

https://www.imdb.com/title/tt0472044/releaseinfo?ref_=ttfc_ql_2

Beləliklə, haqqında bəhs etdiyimiz bu şəxsin USAİD-də rəhbərlik edəcəyi dövrdə (bu hal daha çox ehtimal olunmaqdadır – R.R.) bu qurumun ölkəmizdəki fəaliyyətindən hansı müsbət məqamları gözləmək olar? Çox yəqin ki, bu xanım iddia etdiyi vəzifəyə təyin olunarsa, USAİD-in ümumiyyətlə, ölkəmizdə qalıb-qalmaması məsələsinə yenidən baxılmalı olacağını düşünmək mümkündür.

Yenə də Blinken..!

İndi isə qayıdaq cənab Blinkenə. Beləliklə, əvvəlki məqalələrdə bu şəxs haqqında bir neçə maraqlı faktları bölüşdük. Fəqət, araşdırmaları davam etdirərkən əlavə və növbəti məlumatlar da üzə çıxdı. Məsələn, sual yaranır: görəsən, “Şərq-Qərb İdarəetmə İnstitutu” (ŞQİİ) Azərbaycanda ən iri layihəni “qazananda” cənab Blinken harada idi? Bəli, 2009-2013 cü illər ərzində cənab Blinken o vaxt vitse prezident olan Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışır və hətta terrorçu Üsəma bin Ladenin məhvi prosesini izləmə kadrlarında da görünür. Aşağıda təqdim etdiyimiz şəkildə qapının arxasından boylanan göy köynəkli şəxs məhz cənab Blinkendir.

Və əvvəlki yazılarımızda da qeyd etdiyimiz dövlətlərarası sazişə əsasən USAİD tərəfindən ölkəmizdə ümumilikdə 4 layihə icra olunmalı idi. Digər layihələrdən birini də CNFA adlı təşkilat “qazanır”. Və həmin dövrlərdə CNFA təşkilatının vitse prezidenti olmuş şəxsin tərcümeyi-halına baxanda bunları görürük:

Yəni cənab Norel də öz fəaliyyətini, məhz Sorosa məxsus ŞQİİ institutunda başlayıbmış. Bu da təsadüfdürmü..?

Bunların heç biri təsadüfi deyil, birbaşa məqsədli planlardır

Eyni zamanda, əvvəlki yazılarımızda qeyd etmişdik ki, ŞQİİ ilk dəfə Azərbaycanda fəaliyyətini 2004-2006-cı illərdə “Beynəlxalq Xilasetmə Komitəsi” adlı təşkilatla birgə həyata keçirmişdi və maraqlısı da budur ki, həmin dövrdə “Beynəlxalq Xilasetmə Komitəsinin” Azərbaycandakı layihəsinə Devid Blood adlı şəxs rəhbərlik edib və ŞQİİ-nu ölkəmizə o gətirib. Daha bir ilginc fakt budur ki, məhz bu şəxs - Devid Blood da 2011- ci ildə fəaliyyətə başlayan və ölkəmizdə CNFA tərəfindən icra olunan layihələrə hazırkı dövrə qədər rəhbərlik edir.

Söz yox ki, bunların heç biri təsadüfi deyil, birbaşa məqsədli planlardır. Yəni qeyd edilənlərin hər birini təhlil edərkən, Sorosun şəbəkələnmə cəhdləri aydın şəkildə görünməyə başlayır.

Yeri gəlmişkən, xatırlada bilərik ki, Devid Blood miqrasiya qanunvericiliyini pozduğuna görə bir dəfə ölkədən deportasiya edilmişdi və onun 5 il müddətində Azərbaycana geri qayıtması yasaqlanmışdı. Lakin sonradan ABŞ-ın Azərbaycandakı o zamankı səfiri cənab Robert Sekutanın şəxsi səyi nəticəsində və əslində, naməlum şəraitdə Devid Blood yenidən ölkəyə qayıda bilmək imkanını bərpa edə bilmişdi.

Qeyd edək ki, ŞQİİ və CNFA Azərbaycana gələndə USAİD layihələrini icra edən təşkilatlara Ronald Glass rəhbərlik edirdi. Belə ki, USAİD-in Rusiyadakı fəaliyyəti rəsmi olaraq 2012-ci ilin sentyabrında yasaqlanmışdı. Məhz Rusiyada USAİD-in ofisinin bağlanması ərəfəsində oradan çıxarılan və Azərbaycana göndərilən cənab Ronald Glass Moskvadakı uğursuzluqların acığını Azərbaycanda çıxmaq istəyir və özünü çox kobud, hətta qaba tərzdə aparmağa başlayır. Misal üçün, dövlət qurumlarına təzyiqlər etməyə başlayır, heç bir səlahiyyəti olmadan tələblər irəli sürür, üstəlik təhdidlər də bildirirdi. Maraqlıdır ki, o bir sıra istiqamətlərdə hətta nailiyyətlər də əldə etməyi bacarır (bu haqda növbəti yazılarımızda qeyd edəcəyik-R.R). Amma onun bu kimi kobud davranışları, həddini aşması faktları hətta ABŞ səfirliyini qıcıqlandırır və o bir ildən sonra Azərbaycandan çıxarılır.

Sorosçular şəbəkəsini Delono Fico tamamlayır

İndi isə qayıdaq ötən yazımızdakı Delina Ficoya. Biz onun haqqında növbəti maraqlı faktları əldə etmişik. Belə ki, bu xanım Albaniya vətəndaşıdır və alban pasportu ilə hərəkət edir. O, Çində anadan olub və ABŞ-da təhsil alıb və müəyyən dairələrin himayəsinə daxil olub. Amma onun bilavasitə Sorosla əməkdaşlıq etməyinə baxmayaraq hələ də məqsədyönlü şəkildə ABŞ vətəndaşlığını almır ki, üçüncü ölkə vətəndaşı olaraq daha çox etimad qazana bilsin. Yeri gəlmişkən, ŞQİİ qeydiyyatdan keçmədiyi üçün onun ölkəmizə turist vizası ilə gəldiyi məlum olub və bu səfərin özü də söz yox ki, bilavasitə qanun pozuntusudur!

Bundan əlavə, hələ 2006-cı ildə Serbiyanın “Fokus” qəzeti bu xanımın aşağıda təqdim etdiyimiz lüt şəkillərini paylaşaraq, onun bu şəkillərdən şantaj məqsədləri üçün istifadə etdiyini ehtimal edib. Lakin bu məsələnin təfsilatları barədə növbəti sayımızda qeyd edəcəyik. Hər halda qarşıda sizləri sensassiya doğuracaq daha heyrətedici faktlar gözləyir...

Beləliklə, Delina Fico həm də LGTB hərəkatının fəal dəstəkləyicisidir və buna görə onun bu sahədəki fəaliyyətinə dair bir çox kollajların qəhrəmanına çevrilib.

Maraqlıdır ki, Delinanın bacısı da korrupsiyada ittiham olunub. Belə ki, Albaniya mətbuatı məhz onun bacısı xanım Albana Ficonu 1 milyon avro (!) məbləğində layihəni qanunsuz yolla əldə etməsində ittiham etmişdi. Necə deyərlər, bu ailədə qanunsuzluqlar və korrupsiya, həmçinin qeyri-ənənəvi yaşayış tərzi bir növ, adət-ənənəyə çevrilib.

Rövşən RƏSULOV

P.S. Növbəti məqalədə Delina Fico-nun ölkəmizdəki siyasi proseslərə müdaxilə cəhdləri, onun səfərləri, görüşləri və digər qanunsuz əməlləri haqqında məlumat veriləcəkdir, habelə ŞQİİ ilə Azərbaycan hökuməti arasında münasibətlərin bir sıra məqamlarına aydınlıq gətiriləcəkdir.

(Ardı var)