Xalça Muzeyində növbəti mühazirə keçiriləcək

2 Mart 2021 14:40 (UTC+04:00)

Martın 4-də Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasovun təqdimatında “Türk xalqları mədəniyyətində əjdaha simvolu və onun mifoloji semantikası” adlı mühazirə keçiriləcək. Xalça Muzeyindən SİA-ya bildirilib ki, mühazirədə türk xalqlarının ənənəvi mədəniyyətində, eləcə də hərb və dövlətçilik tarixində əjdaha simvolunun anlamından, bu obrazın mifoloji və dini semantikasından bəhs ediləcək.

Karantin qaydalarına əsasən, mühazirədə 10 nəfər iştirak edə bilər.