441 nəfər koronavirusdan öldü

2 Mart 2021 12:41 (UTC+04:00)

Rusiyada son bir gündə daha 10 565 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 268 215 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 441 nəfər artaraq 86 896-ya yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 838 040 nəfər sağalıb.