Millimiz Türkiyə ilə yoldaşlıq görüşü keçirəcək

2 Mart 2021 12:29 (UTC+04:00)

Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. SİA-nın məlumatına görə, bununla bağlı AFFA və TFF arasında danışıqlar aparılıb.

Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaqlar. Görüş Alanyadakı "Oba" stadionunda keçiriləcək.

Oyunun saatı ilə bağlı məlumat veriləcək.