Bu il Bakıda Formula 1-də konsert proqramları olmayacaq - RƏSMİ

2 Mart 2021 12:09 (UTC+04:00)

2021 Formula 1 Azərbaycan Qran Pirisi zamanı konsert proqramları və mədəniyyət tədbirləri təşkil olmayacaq. SİA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarinda bildirilib.

Qeyd olunub ki, koronavirus pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün konsert proqramı və mədəniyyət tədbirlərinin keçirilməsi bu il üçün təxirə salınıb.