Ödəmə terminalından pul oğurlandı

2 Mart 2021 12:05 (UTC+04:00)

Binəqədi rayonu ərazisindəki mağazaların birindən və oradakı ödəmə terminalından pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də rayon ərazisindəki mağazaların birindən 306 manat, oradakı “E-manat” ödəmə terminalından isə 3510 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov və Ağdaş rayon sakini R.Hümbətov saxlanılıblar.