Mədəniyyət naziri Mövlud Çavuşoğlu ilə görüşüb

2 Mart 2021 11:45 (UTC+04:00)

Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

SİA-nın məlumatına görə, bu barədə M.Çavuşoğlu şəxsi tvitter hesabında bildirib.

O qeyd edib ki, işğal müddətində Dağlıq Qarabağda ziyan dəymiş Azərbaycan mədəni irsinin bərpası üçün Türkiyə hər cür dəstəyi verəcək:

"UNESCO daxil olmaqla beynəxalq platformalarda Azərbaycanın ədalətli mübarizəsində arxasındayıq".