Bəyan olunmayan mallar aşkar edilib

2 Mart 2021 11:32 (UTC+04:00)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "İveco" və "Renaut" markalı yük nəqliyyat vasitələri saxlanılıb və baxış keçirilib. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yoxlama zamanı yük nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən 550 kapsul, 120 həb, 16 flakon qida əlavələri, həmçinin 10 ədəd ətir, müxtəlif adda boyalar və 184 ədəd üzərində "Wirelock" yazılan qablaşdırmada yapışqan maye aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.