Ukraynanın borc problemləri...

2 Mart 2021 11:11 (UTC+04:00)

Ukrayna iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu bildirən Amerikanın “Foreign Policy” nəşri ölkənin maliyyə siyasətini tənqid edib. Maraqlıdır ki, nəşr burada əsas günahkar kimi prezident Vladimir Zelenskini görür. Nəşr yazır ki, o ölkə üçün ən asan yol seçib, yəni borc yığmaq yolunu. Nəşrə görə, Ukraynanın xilası Beynəlxalq Valyuta Fondunun tələb etdiyi islahatların həyata keçirilməsindədir.

“Əgər hökumət zəruri islahatlardan imtina edərək borc yığmağa davam edərsə, Ukrayna iqtisadiyyatı çökmə təhlükəsi ilə üzləşəcəkdir”. Bu isə BVF-nin Kiyevlə bağlı gəldiyi qənaətdir. SİA bu barədə xarici mətbuata istinad edir.

Belə görünür ki, Kiyev hələ ki, Beynəlxalq Valyuta Fondunun şərtlərini aşmağın yollarını axtarır. Bu, Beynəlxalq Valyuta Fondunun əsas maliyyə mənbəyi olan ABŞ və Qərbi Avropa ölkələri ilə yaxşı münasibətlərə ciddi ehtiyac duyan bir ölkə üçün Rusiyaya qarşı mübarizəyə davam etdiyi üçün təhlükəli bir strategiyadır.

Yeri gəlmişkən qeyd edək ki. 2020-ci ilin ortalarında Beynəlxalq Valyuta Fondu ilə Ukrayna arasında razılaşdırılmış maliyyə yardım paketi Kiyevə köçürülmədi. Fevral ayında isə növbəti qiymətləndirmə missiyası işini bitirir, lakin növbəti maliyyələşdirmə sazişi hələ başa çatmayıb. Beynəlxalq Valyuta Fondu ilə Ukrayna rəhbərliyindən bankların müstəqilliyi, hüquqi islahatlar və korrupsiya ilə mübarizə tədbirləri daxil olmaqla əvvəllər razılaşdırılmış prioritetləri təsdiqləməsini gözləyir. Bəli. hələ də gözləyir.

Xatırladaq ki, bu Kiyevin Beynəlxalq Valyuta Fondu ilə “anlaşılmaması” kimi xarakterizə olunan ilk hadisə deyil. Belə ki, 2016-cı ildə də Kiyevin Beynəlxalq Valyuta Fondu Ukraynaya, korrupsiyaya qarşı ciddi mübarizə aparmazsa, anti-böhran proqramında 40 milyard dollar almayacağı barədə sərt bir xəbərdarlıq etmişdi.

Hazırda Ukrayna ilə bağlı reallıq budur ki, təkcə bu ilin yanvarında Ukraynanın dövlət borcu daha 500 milyon artaraq 90,74 milyard dollara çatıb.

Onu da qeyd edək ki, Ukraynadakı bugünkü durum przident Vladimir Zelenskinin reytinqini aşağı düşməsi ilə də müşahidə edilməkdədir.

Maraqlıdır ki, seçki kampaniyası dövründə ölkədəki sistemlə mübarizə aparacağına söz verən Zelenskini ona səs verənlər indi korrupsiyalaşmış bir sistemə xidmət etməkdə ittiham edirlər. Budur, son- 2020-ci ilin 16 dekabrında ölkədə keçirilən ictimai rəy sorğusunda ukraynalıların təxminən 42 faizi seçimlərində yanıldıqlarını bildiriblər. Eyni sorğuda onun “Xalqın Xidmətçisi” partiyasından olan seçicilərinin yarıdan çoxunu da itirdiyi məlum olub.

Ağasəf Babayev