Sumqayıt Dövlət Dram Teatrının mart REPERTUARI

2 Mart 2021 11:40 (UTC+04:00)

Sumqayıt Dövlət Dram Teatrı cari ayda da fərqli janrlı, müxtəlif yaş komtingentinə xitab edən səhnə əsrlərindən ibarət repertuarını teatrsevərlərə təqdim edir. SİA-nın məlumatına görə, axşam tamaşalarından Elçin “Qatil”, Fernando Arabel ”Fando və Lis”, M.F.Axundzadə “Hacı Qara” “Müsyö Jordan və dərviş Məstəli şah”, İ.Əfəndiyev “Sən həmişə mənimləsən”, İ.Məlikzadə “Toy olsun”, C.Caccarlı “Solğun çiçəklər”, Ə.Nesin “Öldür məni canikom” kimi hər daim böyük maraqla izlənən nümunələri və eyni zamanda azyaşlıların zövqünü oxşayacaq bir sıra uşaq tamaşalarını həftə sonları facebook səhifəmizdən canlı izləyə bilərsiniz. Həmçinin martın 20-i və 21-i kiçik tamaşaçılarımız üçün A.Şaiq “Tıq-tıq xanım”, martın 31-i isə Azərbaycanlıların soyqırımına həsr olunmuş Hidayət “Burdan min atlı keçdi” teatrsevərlərin diqqətinə təqdim ediləcək. Gündüz tamaşalarını saat 12:00-da, axşam tamaşalarını 18:00-da izləyə bilərsiniz.