Bölgələrdə yaşayan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində Gəncədə yaşayan rəssamların virtual sərgisi üçün əsərlərin qəbulu davam edir.
Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, virtual sərgidə iştirak etmək istəyən rəssamlar öz ad, soyadı, əlaqə nömrəsi və əsərin fotosunu məlumatları ilə birlikdə [email protected] adresinə göndərməlidirlər.
Əsərlərin qəbulunun tarixi martın 20-dək uzadılıb.
Əlavə məlumat üçün 077-717-33-37 nömrəsi ilə əlaqə saxlamaq olar.