Gəncədə ehtiyatsızlıqdan bıçaqlanma hadisəsi baş verib.
SİA-nın bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin “38 Hərbi şəhərcik” adlanan yaşayış binasındakı mənzillərin birində qeydə alınıb.
2001-ci il təvəllüdlü Fidan İsmayılova qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadının yaxınlarının dediyinə görə, mətbəxtə ehtiyatsızlıqdan bıçaq əlindən düşüb qarnına batıb.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov