Nazir Ankarada Heydər Əliyev Parkını ziyarət edib

1 Mart 2021 18:56 (UTC+04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-də Ankarada Heydər Əliyev Parkını ziyarət edib. SİA xəbər verir ki, nazir Anar Kərimov Ümummilli Liderin parkdakı abidəsinin önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.