Sarkozi qandallandı

1 Mart 2021 18:29 (UTC+04:00)

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikolya Sarkozini 3 il müddətinə həbs edib. SİA-nın məlumatına görə, keçmiş prezident korrupsiyada və nüfuzundan sui-istifadə etməkdə təqsirli bilinib.

Qeyd olunur ki, cəza müddətinin 2 ili şərti təyin olunub.

Nikolya Sarkozi Fransa tarixində real həbs müddəti almış ilk prezident olub.