Prezident İlham Əliyevin mətbuat konfransı Ukrayna mətbuatında

1 Mart 2021 17:44 (UTC+04:00)

Ukraynanın nüfuzlu xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə məqalələri geniş işıqlandırıb. SİA xəbər verir ki, Ukraynanın UNİAN informasiya agentliyi, “tsn.ua”, “podrobnosti.ua” xəbər portalları Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Bundan başqa işğaldan azad olunan Ağdam və Füzuli rayonlarında hazırlanan reportajlarda Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkən, əzizlərini itirən azərbaycanlıların müsahibələri yer alıb. Dağıdılmış binalar tarixi və dini abidələr qeyd olunub, Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələr barədə məlumat verilib.