Azərbaycanda 125 yeni yoluxma faktı qeydə alınıb 71 nəfər sağalıb

1 Mart 2021 17:10 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 71 nəfər müalicə olunaraq sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 234 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228 min 839 nəfər müalicə olunaraq sağalıb, 3223 nəfər vəfat edib. Aktiv xəstə sayı 2600 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 602 min 884 test aparılıb. Bugünkü test sayı isə 4205-dir.